| | Sənin adım əql tacında əbədi parlayacaqdır. |
| Sənin adın şah üzüyündə möhür kimi əbədi yaşayacaqdır. |
| Xaqani |
Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" ("Dar-üş-şəfa")- çaqdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi yaradılır.
Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən kəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu.
Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi iste'dadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı. Şirvanda belə bir müalicə mərkəzinin -Məlhəm Tibb Akademiyasının - yaradıcısı isə görkəmli həkim-alim Ömər ibn-Osman Kafiəddin idi. O, məşhur şair Xaqani Şirvaninin əmisi idi. Görünür, onun təcrübəsi Mahmud ibn İlyas və onun əməkdaşları tərəfindən Azərbaycanda "Sağlamlıq evləri" yaradılarkən geniş istifadə olunmuşdur. Belə ki, öz səyahətlərindən birini təsvir edərkən Mahmud ibn İlyas yazır ki, vətənə dönəndə "Şirvan haqqında danışmaq, Kafiəddindən aldığı nəsihətləri yada salmaq məqsədi ilə yolüstü Bağdadda böyük həmyerlimə baş çəkdim, Şirvan haqqında xatirələr həmişə bizim üçün xoşdur."
Ömər Kafiəddinin təqribən 1080-çi ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. 0 öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: "Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin tə'siri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.
İndi bu yeri Məlhəm düzü adlandırırlar. Azərbaycan alimi N. K. Kərəmov belə hesab edir ki, bu yerin adı dilimizdəki "məlhəm"-qiymətli dərman sözündəndir. Bu yerin adının mənşəyi barədə başqa bir ehtimal da var. Bu haqda belə bir rəvayət gəzir ki, guya Şamaxı ətrafında nə vaxtsa dəri xəstəliklərini mö'cüzəvi məlhəmlə sağaldan bir həkim yaşayırmış və "Məlhəm" adı da sonradan həmin yerə bu münasibətlə verilib. Kafiəddin müalicə, dərman istehsalı və həkim hazırlığı ilə məşqul olan təbib alimləri buraya öz yanında işləməyə də'vət edir. O, özü gözəl həkim, cərrah və əczaçı idi. Yaxın Şərqdəki dəgər oxşar müəssisələrdəki kimi, onun müalicəxanasında da əczaxana vardı. həkimlər, farmokoloqlar, müxtəlif ixtisaslı əczaçılar da burada yaşayırdılar. Eyni zamanda işə təzə götürülənlər, ixtisasını artıran həkim və əczaçılar, o cümlədən "cərrahi" adlanan cərrahlar, "kehali" adlanan okulistlər, "mücbiri", yaxud "müçabiri" adlanan travmatoloqlar və başqaları burada dərs keçirdilər.
0 dövrün müalicə mərkəzlərində adətən, binaların koridor sistemi tətbiq olunurdu. Girişdə qəbul və prosedura otaqları, koridorun hər iki tərəfində palata-lar və nəhayət, klinikanın axırında ölüxana yerləşirdi. Əsas bina təsərrüfat korpusu ilə açıq eyvan vasitəsi ilə birləşirdi. həmin eyvan binada havanın tən-zimlənməsini yaxşılaşdırır, lazım olduqda isə palata kimi istifadə olunurdu. Əsas binadan bir qədər qıraqda kiçik aptek yerləşirdi. Yaxınlıqda həkimlər və xidmətçilər üçün yaşayış evləri, həmçinin böyük aptek tikilirdi. Aptek, dərman hazırlanması üçün müxtəlif bitkilər əkilmiş bağçaya çıxırdı. M. A. Axundovun yazdığı kimi, "Akademiyada müxtəlif daxili və xarici xəstəliklərin müalicəsi üçün kif köbələklərindən istifadə olunurdu. Bu köbələklərin 17-yə qədər növü fərqləndirilirdi: çörək kifi, süd kifi, şirniyyat kifi, bal kifi və s."
Xaqani bir şe'rində əmisi haqqında danışarkən yazır: "O, mənə çox asan bir yolla başa saldı ki, "bir", "iki","üç","dörd","beş" nə deməkdir."Beş"-hissiyyat üzvləridir, "dörd"-dünyadakı başlanqıclar-su, hava, od və torpaqdır, "üç"-qeyri-üzvi təbiətdir, "iki"-cism və ruhdur, "bir"-allahdır." Görünür, bu cür şəfa ocaqları Azərbaycanda çox populyar olub. Belə ki, "Məhsəti və Əmir Əhməd" dastanında Gəncədəki "bimaranə" adlanan xəstəxana təsvir olunur. Orada xəstələr həkimin qəbuluna düşmək üçün növbəyə dururlar.
Öz fəaliyyətində Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik yaxşı həkim, cərrah və əczaçı idi. 0 həmçinin kamil filosof, ilahiyyatçı və şair kimi də tanınmışdı. Bundan başqa o, həm də iste'dadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın atası sayılan ərkənun alətində ustalıqla çalırdı. Osman Xaqaninin tərbiyəsində də fəal iştirak edirdi. İstisna edilmir ki, şair musiqi təhsilini Osmandan almışdır.
Ömər ibn Osman Kafiəddin 1150-ci ildə dünyasını dəyişmiş və Şamaxının yaxınlığında böyük hörmət-izzətlə dəfn olunmuşdur. Burada daim günəş şüaları altında qızınan daqda, yüksək ağaclar şirəli otlar və bol sulu bulaqlar arasında xəstələr həkimsiz də şəfa tapardılar. Sonralar bu yer pirə çevrilir. Bu yerlərin və burada dəfn olunan alimin müqəddəsliyinə sidq ürəkdən inanan əhali buraya sitayişə gəlir, qurbanlar gətirirdilər. Xalq arasında Kafiəddinə verilmiş "dədə" adından bu yerlərin künümüzə qədər gəlib çıxmış "Dədə Günəş" adı əmələ gəlir. Eyni zamanda xalq arasında adamları bat-bat otundan çəkindirmək üçün işlədilən bir deyim də yaşayır ki, burada da Kafiəddin Dədə yada salınır: "Sən də Dədə kimi bu otla oynama. Zəhərlidir, at getsin." Xaqani Kafiəddinin ölümünə mərsiyə yazmışdır:
Aman! Getdi filosofu yer üzünün bu dünyadan,
Açan mə'na göylərnnin qapısını getdi, aman!
Onun ruhu yüksələrək qayıtdı öz məkanına
"Dön geriyə!"-söyləmişdi, yəqin, fələk ona bu an.
Kamal əli torpaqlara düşən gözəl bu incini
Qaldıraraq fələklərin kəmərinə taxdı nişan.
Fələk özü üçün onu təbibliyə aparmışdır
Sınamışdır tə'sirini dərmanının zaman-zaman.
Çitan kimi köy uzunə, həmin saat ulduzların
Titrəməsi kəsilmişdir, əlac etmiş ona böyuk loğman.
Göyün yeddi bəzək ilə paltar geyən hurisi də
Ayağına sürtmüş oldu yanaqını çox mehriban.
Onsuz bütün əqrəbası ölmüş kimi qaldı, eyvah!
Qəbilənin Adəmiydi, İsa kimi verərdi can.
Cümə günü əcəl gəlib apardı o filosofu
Bax, Nuhun da gəmisini cümə günü tutub tufan.
Ey Xaqani, əmin uçun matəm saxla, göz yaşı tök,
Çunkç əmin yetişdirib etdi səni qabil insan.
|