Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XI - XIII əsrlər
MAHMUD ŞƏBÜSTƏRİ

     Səəd əd-Din Mahmud ibn Əbdül Kərim ibn Yəhya Şəbüstəri Təbrizi Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə 1287-ci ildə ilahiyyatçı ailəsində anadan olmuşdur. Məşhur alim, filosof sayılan Mahmud Şəbüstəri Azərbaycanda sufizmin ən görkəmli nəzəriyyəçilərindən olmuşdur.

     Orta əsrlər Azərbaycanının bir çox məşhur ziyalıları kimi Şəbüstəri də ensiklopedik savada malik idi. Əsərlərinin təhlili göstərir ki, o, ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur.

     O dövrlərdə təhsilini davam etdirmək istəyənlər elm və ilahiyyat mərkəzlərinə (bu mərkəzlər əsasən, müqəddəs şəxsiyyətlərin məzarları yanında salınırdı) səyahətə çıxardılar. Şəbüstəri öz qısa həyatı ərzində Misirdə, Hicazda, Suriyada, İraqda və başqa ölkələrdə olub, alimlərlə görüşür və sonralar da onlarla məktublaşırdı.

     Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də qalmışdır. Şəbüstərinin nəslindən çıxanlar arasında tanınmış elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur "Gülşəni-raz" əsərinə şərh yazmışdır.

     Özünün "Səadətnamə" əsərində Şəbüstəri səyahətləri barədə yazır:
     Öz ömrümün böyük bir qismini
     Elmlərin və ilahiyyatın. öyrənilməsinə həsr etdim.
     Misirə, Suriyaya, Hicaza səyahətlərim oldu,
     Gecə-gündüz at çapdım, piyada gəzdim
     İl və ay kimi yer kürəsinin başına dolandım
     Kənddən kəndə, şəhərdən şəhərə adladım.
     Gah qəndil işığında oturdum,
     Gah qəndillirin hisini uddum.
     Hər ölkədə çoxlu alimlə,
     İlahiyyatçı ilə görüşdüm.
     Çoxlu maraqlı sözlər topladım,
     Maraqlı əsərlər tərtib etdim.

     Şəbüstəri qədim yunan fəlsəfəsi, zərdüştilik, bütpərəstlik, xristianlıq, təbii ki, islam dini və onun müxtəlif mistik-fəlsəfi cərəyanları haqda da dərin bilik sahibi idi. 0, 1320-ci ildə rəhmətə qovuşmuş və öz vətənində, Şəbüstərdəki Gülşən qəbristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur. İndi də onun məzarı ziyarətgahdır. Məqbərəsi təkcə XIX əsrdə üç dəfə bərpa edilib. İlk restavrasiya 1850-1851-ci illərdə Hacı Mirzə Ağası tərəfindən aparılmışdır. Məzarın üzərinə mərmərdən xatirə lövhəsi vurulmuş və onun üzərində bu sözlər həkk edilmişdir: "Böyük şeyx hicri tarixi ilə 720-ci ildə (1320) 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü". İkinci dəfə bərpa işlərini 1880-ci ildə Mirzə Hüseyn Xan, üçüncü dəfə isə nisbətən sonralar Həsən Müqəddəm aparmışdır. "Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər"də göstərildiyi kimi, Şəbüstəri özündən sonra zəngin bir ədəbi irs qoyub getmişdir."Səadətnamə', "Kənzül-xəqaiq" ("Həqiqətlər xəzinəsi", "Həqqül-yəqin fi Mə'rifəti rəbbül aləmin" ("Alə-min yaradıcısını dərk etmək üçün şəksiz həqiqətlər"), "Mir"atül-Mühəkkikin" ("Həqiqət axtaranların aynası") və bir də dünya şöhrətli "Gülşəni-raz" ("Sirlər gülşəni") poeması kimi əsərlər onun qələminə məxsusdur. Bunlardan başqa M. Tərbiyətin yazdığına görə, Şəbüstəri indiyə qədər dünyanın kitab saxlanclarında təsadüf olunmamış "Şahidnamə" adlı başqa bir poemanın da müəllifidir. O, həmçinin ərəb dilindən fars dilinə tərcümə ilə məşğul olmuşdur. Məşhur filosof İmam Qəzalinin "Minhacül-abidin" ("Zəvvarların yolu") adlı əsərini farscaya məhz o çevirmişdir. Şəbüstərinin Xorasan mütəfəkkiri Hüseyni Səadətlə yazışmaları da bəllidir. Bütün bunlarla birlikdə Şəbüstəri yaradıcılığının araşdırıcıları, o cümlədən bu xəzinənin tanınmış bilicisi Şaiq İsmayılov "Kənzül-həqaiq" əsərinin ona məxsus olmadığını iddia edirlər.

     Şəbüstəri özünün ilk fəlsəfi əsərlərini nəsrlə yazmışdır. 0 yalnız ömrünün sonlarında şe'rə müraciət etmişdir. İlk mənzum əsəri (bundan sonra o, daha bir mənzum əsər yazıb) bütün dünyada şöhrət tapmış "Gülşəni-raz" poemasıdır. Poema 1317/18-ci ildəyazılıb. Əsərin yazılma tarixi poemanın "Kitabın yazılma tarixçəsi" adlı xüsusi bölmədə təsvir olunub. 1317-ci ilin dekabrında onun yanına o zamanın ən savadlı filosoflarından olan Xorasanlı Mir hüseyni Səadətin məktubunu gətirən bir adam gəlir. Məktubda xahiş olunurdu ki, dövrün mütəfəkkirlərini məşğul edən bir sıra fəlsəfi məsələlərə o da öz münasibətini bildirsin. Həmin tarixçə "Gülşəni-raz"ın başlanğıcında təsvir olunur:

     Hicri tarixin700-cü ilindən on yeddi (il) keçirdi.
     Şəvval ayında gözlənilmədən
     Bir qasid min bir hörmət-ehtiram ilə
     Xorasin camaatının yanından bizə gəldi.
     Orada bir məşhur və böyük (şəxs) var
     Mə’rifətlərinin çoxluğuna görə nur mənbəyinə bənzəyir
     Bütün Xorasan əhli kiçikdən böyüyə qədər
     Deyiblər ki, əsrin bütün (mütəfəkkirlərindən) yaxşı
     Mə'na haqqında o məktub yazıb
     Mə'nalardan baş çıxaran adama göndərə bilər.
     Orada mülahizələrdə bir çox ağırlıqlar var
     "İşarət" əhlinin çətinliklərindəndir. Şe'r yazaraq
     O mə'nalar aləminiç hər bir məsələsi haqda
     Qısaca suallar göndərib. Xahişlə cavab közləyir.
     Qasid bu məktubu oxuyan kimi
     Bu məsələ barədə söz-söhbət yayıldı.
     Hörmətli adamlardan çoxusu orada idi.
     Hamının nəzərləri dərvişə (yə'ni, Şəbüstəriyə) dikildi.
     Onlardan daha təcrübəli olan birisi
     Bu mə'nalar haqda bizdən yüz dəfə eşitmişdi.
     O mənə dedi: cavab ver ki
     Dünyamızın adamları feyziyab olsunlar.

     Şəbüstəri əvvəlcə həmin suallara özünün əvvəlki əsərlərində toxunduğunu bildirməklə cavab yazmaqdan imtina edir. Sonra isə Ş. İsmayılovun yazdığına görə, müəllimi Əmin əd-Din Təbrizinin məsləhətinə qulaq asaraq, Xorasan aliminin suallarına mənzum cavab yazmaq qərarına gəlir. Bir müddətdən sonra ona yenidən müraciət olunur. Yalnız bundan sonra Şəbüstəri şeyx Hüseyninin suallarına cavab verir. Bu cavablar bədahətən verildiyindən qısa və konkretdir:
     Mən ona dedim ki, buna ehtiyac yoxdur
     Çünki bu haqda (öz) əsərlərimdə dəfələrlə yazmışam.
     Söylədi ki, düzdür, ancaq edilən sorğularla bağlı
     Səndən arzu etdiyimiz poemanı gözləyirik.
     Bu israrlı xahişlərdən sonra mən
     Məktuba qısa cavablar yazmağa başladım.
     Bu sözlərimi nəcib insanların hüzürunda
     Düşünmədən və təkrarlamadan söylədim.
     Beləliklə, suallara cavabımı
     Bir-bir yazdım.
     Qasid məktuba cavablarımı alandan sonra
     Minnətdarlıq edə-edə gəldiyi yolla da geri qayıtdı.

     Hüseyni Səadətinin sualları 22 beytdən ibarət idi. Şəbüstəri bunlara 49 beytlə cavab yazır. Bunlardan 35 beyti bilavasitə cavablardan, qalanları isə məktubun girişi və nəticəsindən ibarət idi,

     Bir müddət sonra Şeyx Hüseyni yenidən bir sıra suallar göndərir. Həmin suallar Şəbüstərinin cavab məktubunu oxuyarkən yaranmışdı. Bu dəfə müdrik sənətkar hər iki məktubdakı sualları 15 mövzuya bölüb "Gülşəni-raz" adlı poemasını qələmə alır:
     Gələn dəfə əziz ustadım
     Mənə dedi: məktuba səylədiyin
     Başqa fikirləri də əlavə elə və izah ver,
     Elmin gücü ilz bunlara əyanilik bəxş elə.
     O vaxt mənim gecəm-gündüzüm yox idi ki,
     Bu işə həzz və həvəslə girişim
     Həmin vəziyyətimi sözlə ifadə eləmək mümkünsüzdür.
     Ancaq bilənlər bilir ki, bu nə vəziyyətdir.
     Ancaq mən xeyirxahımın sözlərinə əməl etdim
     Dinin xahişini rədd etmədim
     Ancaq sirlərin daha çox aydınlaşması üçün
     Mən öz bəlaqətimə güç verdim
     Bunların hamısını bir neçə saatda söylədim.
     Könlüm allahdan bu məktuba ad dilərkən
     Cavab gəldi ki, bu,-bizim gülşənimizdir.

     Bu, Şəbüstərinin ilk mənzum əsəri olduğundan o burada fəlsəfi fikirləri mənzum formada ifadə etməkdə çətinlik çəkdiyini də söyləyir. Bu proses onun fikrincə, dəryanı bir qaba yerləşdirmək kimi bir şeydir. 1426-cı ildə "Gülşəni-raz" Azərbaycan şairi Şirazi tərəfindən ana dilimizə çevrilir. 1944-cü ildə isə Əbdülbaqi Gölpinarlı əsəri türkcəyə tərcümə edir. XIX əsrdən başlayaraq, poema müxtəlif müəlliflər tərə-findən bir çox Avropa dillərinə çevrilir və dəfələrlə dərc olunur. Əsər yarandığı gündən bütün şərqin sufiləri arasında böyük rəqbətlə qarşı-lanır. Şəbüstərinin fəlsəfəsinə dair kitabında Şaiq İsmayılov XIV-XVIII əsrlər arasında həmin əsərə fars dilində şərh yazmış 18 müəllifin adını çəkir. həmin şərhlər arasında Azərbaycan filosofu Şəmsəddin Lahicinin 1472-ci ildə yazdığı "Məfatih-ül E"caz" ("Mö'cüzələrin açarı") əsəri bizim günlərə qədər öz populyarlıqını itirməmişdir. 1319/20-ci ildə Şəbüstəri özünün ikinci mənzum fəlsəfi əsəri olan "Səadətnamə"ni qələmə alır. Bu, həcmcə əvvəlki poemadan daha iri olub, üç min beytdən ibarət idi. Əsər hər biri fəsil və paraqraflardan ibarət səkkiz hissəyə bölünmüşdü. Şəbüstəri "Səadətnamə"də fəlsəfi düşüncələrindən başqa öz həyat və fəaliyyəti, səyahətləri haqda mə'lumatlar verir, öz müəllimləri və sevimli kitabları haqda söz açır.

     Şəbüstərinin yaradıcılığı Azərbaycanın orta əsrlər fəlsəfəsi tarixində mühüm yer tutur. Onun əsərləri Avropa və Asiyanın bir çox ölkələrində nəşr olunmuşdur. Sufi fəlsəfəsinin davamçıları onu bu sahədə böyük bir nüfuz sahibi bilir və öz mülahizələrində tez-tez Şəbüstəri irsinə istinad edirlər.