Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XI - XIII əsrlər
XAQANİ ŞİRVANİ

     Şərq aləminin ən böyük şair və filosoflarından biri Əfzələddin İbrahim ibn Əli Xaqani Şirvani təxminən 1126-cı ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərində anadan olub. Şamaxı Azərbaycanın şimalında yerləşirdi. Xaqanini fars poeziyasının klassiki Sənainin ardıcılı hesab edənlər çox vaxt onun adına "Bədil" ("Varis") ləğəbini də qoşurlar.

     İbrahimin atası Əli Nəccar ibn Osman Şirvani dülgər, babası Osman isə toxucu idi. Osmanın atasının adı İbrahim olmuşdu. Şairin əmisi Ömər Kafiəddin oğlunu Osman adlandırmış, onun qardaşı Əli Nəccar isə oğluna babasının adını qoymuşdu. Azərbaycanda bu yolla adqoyma ən'ənəsi bu gün də davam edir. Özünün sadə mənşəyindən danışanda Xaqani həmişə Bibliya patriarxı Moiseyi (İbrahim) misal gətirir, belə ki, adları eyni olmaqdan savayı Moisey də dülgər oğlu olmuşdu. İbrahimin anası xristian-nestorian Rəbiyə xanım aşpaz idi. O, Şirvana gətirilmiş əsir kənizlərdən idi.

     İbrahim həmişə atasına hörmətlə yanaşır, onu öz əsərlərində xoş sözlərlə xa-tırlayır. Lakin hansısa səbəblər üzündən atasının onları atdığı və İbrahimə əmisi Ömər Kafiəddinin tərbiyə verdiyi mə'lumdur. Ömər Kafiəddin öz dövrünün görkəmli şəxslərindən sayılırdı. Bir alim kimi onun şöhrəti Azərbaycandan uzaqlara yayılmışdı. O, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, riyaziyyat, təbabət, əzcaşünaslıq elmlərinə dərindən bələd idi. Ömər Kafiədiin mədrəsədə dərs deyirdi. Azərbaycanda təbabətin inkişafında onun xidmətləri daha böyükdür. 0, Şamaxı yaxınlığında, Məlhəm adlanan yerdə Tibb Akademiyası yaratmış və müalicə təcrübəsi, dərman hazırlığı və həkim kadrların yetişdirilməsi üçün təbabət elminin bilicilərini buraya də'vət etmişdi. Gözəl həkim, cərrah və farmokoloq olan Kafiəddin müalicə zamanı kif köbələyinin ondan artıq növündən istifadə edirdi (hal-hazırda kif köbələkləri antibiotiklər istehsalında istifadə olunur).

     Kiçik İbrahimin təhsili ərəb əlifbasının, hüsnxətt qaydalarının mənimsənilməsindən və "Qur'an"ın mütaliəsindən başlanır. Sonra ona dövrün adətincə, ilahiyyat, dilçilik, riyaziyyat, astronomiya və astrologiyanı tədris edirlər. Xaqaninin tərbiyə olunmasında Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik həkim, əczaçı və cərrah idi. Bundan başqa o həm də iste'dadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın ələfi" sayılan ərqənun alətində ustalıqla çalırdı. Ehtimal ki, İbrahim musiqi təhsilini ondan alıb.

     Həm əmisinin yanında, həm də mədrəsədə təhsil alarkən İbrahim slmlərin əsaslarına yiyələnir, sonradan isə biliklərini müstəqil surətdə artırır ('əmim məni böyük bir kitabxanaya kətirdi"). Şairin yüksək savad səviyyəsi onun "Bizans qeysərinə' yazdığı qəsidəsindən də bəlli olur. Burada o yazır ki, xristian ehkamlarını hər hansı bir yepiskopdan yaxşı bilir, yakovitlik, nestorianlıq və ortodoks provaslavlığın incəliklərinə dərindən bələddir, bundan başqa Zənda-vesta vasitəsilə Zərdüşt dininin sirlərinə də vaqif olmuşdur.

     Ən'ənəyə görə, şe'r yazmağa başlayarkən İbrahim ilk əvvəl özünə təxəllüs seçməli olur. İbrahim böyük şair Sənainin pərəstişkarı olduğundan bir çox mütəxəssislər onun "həqaiqi" təxəllüsünü Sənainin "hədiqət əl-həqaiq" (həqiqətlər bağçası) kitabının tə'siri altında götürdüyünü iddia edirlər.

     Himayədarı və tərbiyəçisi olan əmisi allahın rəhmətinə qovuşandan sonra İbrahim şirvanşah Mənuçöhrün sarayında "məliküşşüəra" rütbəsinə çatmış Əbül-Əlanın şəxsində yeni bir xeyirxah tapır. Əbül-Əla öz əsli e'tibarilə Gəncədən idi və Şirvana artıq şair kimi məşhurlaşdıqdan sonra gəlmişdi. Əbül-Əla İbrahimin iste'dadını gördükdən sonra onu saray şairi kimi qulluğa düzəldir. Əbül-Əlanın məsləhəti, başqa bir fikrə görə isə Mənuçöhrün şəxsi rə'yi ilə İbrahim türk ən'ənəsinə görə, özünü "Xaqan" e'lan etmiş Şirvanşahın şərəfinə həqaiqi təxəllüsünü dəyişərək, ədəbi ad kimi Xaqani imzasını götürür. İbrahim Əbül-Əlanın sonradan Şirvanın hüdudlarından uzaqlarda da tanınmış ikinci şagirdi idi. Ustad ondan əvvəl daha bir şamaxılıya şair və astronom Cəlaləddin Məhəmməd Fələkiyə (vəf. 1181) himayədarlıq göstərmişdi. Rəvayətə görə, Əbül-Əla Fələkini o qədər istəyirdi ki, hətta öz qızını da ona vermək qərarına gəlmişdi. Lakin Xaqaninin poetik iste'dadı və şəxsi keyfiyyətlərini gördükdən sonra məliküşşüəra qızını İbrahimə verir. Bu işdən dərdə düşmüş Fələkiyə təsəlli üçün Əbül-Əla ona 20 min dirhəm pul bəxşiş edir və deyir: "Oğlum! Bu pula sən mənim qızımdan da gözəl 50 Türküstan kənizi ala bilərsən." hadisənin belə nəticələnməsi görünür, Fələkiyə də sərf edir və akademik Krımskinin ironiya ilə söylədiyi kimi, "Bundan sonra onların hamısı-məliküşşüəra Əbül-Əla da, onun kürəkəni Xaqani də, digər şagirdi Fələki də bir ağızdan Mənuçöhrü mədh etməkdə davam edirlər." Krımski misal üçün Xaqaninin mədhiyyələrindən birini gətirir: "Sənin əlin, Mənuçöhr, yalnız səxavətlə bəxşişlər vermək üçün açılır, təkcə al-qırmızı şərab badəsi götürməkdən ötrü yumulur. Yer üzündəki mövcudatdan heç nə sənin tərəfindən ədalətsizlik gördüyünü söyləyə bilməz, bircə qələm qamışından başqa. Axı o sənin qarşında günahkar deyildi, ancaq sən onun başını kəsdin."

     Bütün bunlara baxmayaraq, bir qədər sonra şairin misralarında narazılıq və e'tiraz notları duyulmağa başlayır. Şairin qələmindən Şirvanşahlar sarayının despotik ruhunu ifşa edən misralar da çıxmağa başlayır. Bədxahlar bundan və şairin sufi görüşlərindən onu şahın gözündən salmaq üçün istifadə edirlər. Azərbaycan alimi Qafar Kəndli özünün iri həcmli "Xaqani Şirvani" (həyatı, dövrü, mühiti) adlı əsərində şairin və müasirlərinin əsərlərinin dərindən təhlili əsasında onun tərcümeyi-halını yeni mə'lumatlarla zənginləşdir-mişdir. Başlıcası budur ki,o, Xaqaninin Əbül-Əla ilə qohum olması haqda artıq 800 ildən bəri hallandırılan söz-söhbəti təkzib edir.

     Qafar Kəndliyə görə, Xaqaninin üç arvadı olub. Bunlardan birincisi Şirvanlı bir kəndçi qızı idi. Bu arvadının ya Kür çayı, ya da Xəzər sahillərində yaşadığı Xaqaninin bu sözlərindən bəlli olur: "O kənddə qayıqçılar məni min kərə lə'nətlədilər." Alimin fikrincə, Xaqani təqribən 1151/52-çi ildə evlənmiş və arvadından 12 yaş böyük olmuşdur. Çox sevdiyi və bütün ömrü boyu unutmadığı həmin qadın şairin Məkkəyə ikinci səfərindən sonra rəhmətə gedir. Onlar bir yerdə 25 il ömür sürürlər. İki oğulları, iki qızları olur. Q. Kəndli oğlanların adını da gətirir: Rəşidəddin Rəşid və Əmir Əbdülməcid. Rəşid 20 yaşında Şirvanda vəfat edir. Xaqani onun ölümünə çox yanır və bu itkiyə mərsiyə də yazır. Mütəxəssislərin fikrincə, ifadə olunan kədərin dərinliyinə və ruhi tə'sir qüvvəsinə görə, Xaqaninin bu mərsiyəsi Firdövsidən üzü bəri yazılan bu tipli şe'rlərin heç birindən geri qalmır. Təbrizdə Xaqani dul qadınla evlənir. Bu arvad da tez ölür və şair üçüncü dəfə evlənməli olur. Lakin birinci xanımı ilk sevgi kimi onun yadından çıxmır. Ona həsr olunmuş misralar bu gün də müasir səslənir:
     Sənin ardınca başqa yerlərə yollanıram
     Sənsiz yer üzündə qala bilmirəm.
     Bu ayrılıq tufanı və göz yişı qarşısında
     Dünyanın tüfanı və seli nədir ki?!
     Bəzən qəlbimə baş vururam,
     Və orada səni tapıram.
     Amandır, nə qədər ki, hələ sağam,
     Məni tək qoyma, ruhunu səsləyirəm.
     Sən dedin: "Sən hələ sevə bilərsən..."
     Amma bilirsən ki, bu, mümkün deyil.
     Sənsiz rahatlıq ağlıma belə gəlmir,
     Onu nə xəylda, nə də yuxuda tapıram.

     1160-cı ildə Mənuçöhr vəfat edir və onun taxtına yarım əsrə yaxın hökmranlıq etmiş I Əxsitan çıxır. O, "qəddar və sərt" olmasına baxmayaraq, şairlərə himayə göstərməsi ilə də məşhurlaşmışdı. Saray şairləri öz qələmlərini Əxsitanın, onun doğmalarının və hərəmlərinin tə'rifinə həsr edirlər. 1188-ci ildə dahi Nizami də "Leyli və Məcnun" poemasını ona ithaf edir.

     Bu dövrdə Xaqaninin məharəti görünməmiş yüksəkliyə qalxır. Onun şe'rlərini fərqləndirən əsas keyfiyyətlər bədii kamillik, melodiklik, səslənmə gözəlliyi, eyni zamanda o dövrün ədəbi ən'ənələrindən irəli gələn mətn mürəkkəbliyi, sözlərin oynadılması, çətin tutulan eyhamlar və elmi istilahlarla zənginlik idi. Saray şairlərinin yarışmasında o, birincilik əldə edir və elə bu da onun məliküşşüəra Əbül-Əla, həmçinin o biri şairlərlə münasibətlərində özünü göstərməyə bilmir. Üstəlik 'əlahəzrət xaqan onun hər mədhiyyəsini min qızıl dinarla mükafatlandırmağa adətkərdə olmuşdu." Əbül-Əla ilə narazılıq hələ Mənuçöhrün vaxtından başlamışdı, Əxsitanın zamanında isə bu artıq söz müharibəsinə çevrilir. Satira və həcvlər daha kəskin və daha acı olur. Polemikanın dili o qədər açıq-saçıqdır ki, çağdaş ədiblər bu şairlərin həmin şe'rlərini yalnız fransızcaya tərcümədə dərc etməyi üstün tuturlar. Aydındır ki, poetik rəqabət məsələsi mübahisə üçün yalnız bəhanə idi. Ayrılıq məqamının köklərini daha dərində axtarmaq lazım gəlir.

     Xaqaninin bədxahlarının tə'siri altında Əxsitan da ona öz münasibətini dəyişir. Artıq sarayda yaşamaq şair üçün dözülməz olmuşdu. O, artıq ikiüzlülük, riyakarlıq, alçaqlıq, intriqanlıq şəraitində qala bilmirdi:;
     Bir addım atarsam yolda əgər mən,
     Ya da bir ah çəksəm dərdli ciyərdən,
     Düşmən tez bir düyün vurub o aha,
     Durmadan aparıb çuğullar şaha.

     O artıq Şirvanda heç kimə lazım deyildi və bu mə'nada özünü ötən illərin təqviminə bənzədir:
     Necə ki, hər təqvim bitən zamanda
     Məhv olur varlığı, daha bir an da
     Onunla heç yerdə edilməz hesab
     Tarixçi eyləyər ondan ictinab.
     O təqvim məhv olar necə bir xayal,
     Onunli açılmaz sonri bir də fal.
     O, ya vərəq-vərəq verilər yelə,
     Ya da ki, məktəbdan atılar çölə.
     And olsun Allaha, dövrün əlindən
     O köhnə, yıpranmış təqvim mənəm, mən!

     Xaqani Şirvandan köçmək fikrinə düşür. Əvvəlcə Xorasana getmək istəyir. 1151-ci ildə şair bu istiqamətdə Reyə qədər gedir. Lakin Rey hakimi buradan o yana getmək üçün ona icazə vermir və şair yenidən Vətənə dönməli olur. Bundan sonra Xaqani şahdan həcc ziyarətinə-Məkkəyə getmək üçün izn alır.

     Nəhayət, 1156-cı ildə Xaqani onun yaradıcılığında dərin iz buraxan bu səfərə çıxa bilir. O, Ön Asiyanın bir neçə ölkəsində olur, Ərdəbil, Baqdad, Dəməşq, Mosul, Məkkə və Mədinə şəhərlərində alimlər və dövlət xadimləri ilə görüşür, həmin ölkələrin ictimai həyatı ilə tanış olur.

     Məkkə ziyarəti hər bir savadlı müsəlmanın həyatında böyük rol oynayan hadi-sədir. həcc ziyarəti bir qayda olaraq, onların yaradıcılıqda daha yüksək mərhələyə qədəm qoymasına yardım göstərir. Ziyarət zamanı zəvvarlar yeni-yeni ölkələr görür, görkəmli elm və siyasət xadimləri ilə görüşür, məşhur filosof və din xadimlərinin elmi söhbətlərində iştirak edirdilər. Çox vaxt həcc ziyarə-tində müəyyən fikirlər ətrafında cəmləşən qruplar yaranır, söhbət və mübahisələr elə yoldaca davam etdirilirdi. Ziyarətə bir, bə'zən iki il ərzində davam edən yol boyu insan öz ömrünü yenidən dərk edib, öz gələcəyi üçün istiqamət müəyyənləşdirə bilirdi. Ziyarət insanın fərdi həyatına müsbət tə'sirlər göstərməklə, ümumən cəmiyyətin inkişafı üçün də təkan verir.

     həcc ziyarəti Xaqani yaradıcılıqına yeni axar verir. hətta tədqiqatçılar onun yaradıcılığını həccə qədər və ondan sonra olmaqla iki yerə bölürlər. Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun da yazdığı kimi, "O, geriyə qayıdanda gördüklərindən, yaşadığı təəssüratlardan, düşündüklərindən daha da müdrikləşmişdi. Onun poetik və fəlsəfi görüşləri daha da dərinləşmiş, düşüncəsi kamil bir müstəqillik və qətiyyət qazanmışdı. Görünür, şairin mədhiyyəçilikdən uzaqlaşması, ciddi, lirik duyğularla zənginləşmiş fəlsəfəyə, humanist pafosla yüklənmiş qəzələ doğru can atması da elə bununla bağlı idi."

     Xaqaninin Məkkə ziyarətinə getdiyi dəqiq marşrut mə'lum deyil. Bəllidir ki, hər yerdə onu böyük təntənə ilə qarşılayırlar. Qafar Kəndlinin rə'yincə, o, həmədandan keçərək, səlcuq hakimi Sultan Məhəmməd ibn Mahmudun düşərgəsində də olmuşdur. Tədqiqatçını bu fikrə Xaqaninin bu hakimi tez-tez mədh etdiyi əsərlər gətirmişdir. Şair hətta Sultan Məhəmmədin sarayındakı bəstəkarlardan birinin onun şe'rlərinə musiqi bəstələdiyini də yazmışdır. həmədanda Xaqani bir qrup yerli alimlə görüşür. "Töhfətül-İraqeyn" əsərində şair həmədan mədrəsəsinin rəhbəri ilə görüşünü də xatırlayır. Buradan o, Mosula və Bağdada gedir. Müsəlman mədəniyyətinin mərkəzi sayılan Bağdad şairə öz ağuşunu sevgi ilə açır. Buradakı görüşlərin təşkilatçısı Xaqani yaradıcılığının pərəstişkarı, Mosul hakiminin vəziri Cəmaləddin Məhəmməd İsfahani idi. O, şairi xə-lifə əl-Müqtəfiyə təqdim edir. Xaqani qeyri-adi dərəcədə böyük bir qonaqpərvərliklə qəbul edilir. Şairi xəlifənin əlinə toxunmaq şərəfinə layiq görürlər bu da protokol üzrə az qala heç zaman yol verilmirdi. Adətən, böyük dövlət xadimlərinin şərəfinə verilən qəbullarda onlara nadir hallarda xəlifənin ayaqları altda oturmağa izn verilirdi. Xaqaniyə xəlifənin yanında fəxri katib vəzifəsi də təklif olunur, lakin o, nəzakətli bir şəkildə bu təklifdən boyun qaçırır:
     Bir dəbir olmaqla nə fəxr edim ki,
     Vəzirlik mənimçün deynl iftixar.
     Mən bir günəş ikən ulduz olmaram,
     Borc papaq qoymaqda nə məziyyət var?!

     Şairin günləri Bağdadda nə qədər xoş keçsə də, artıq Şirvan üçün darıxmağa başlayıb-bu haqda şe'r də yazır. Xaqani Sasanilərin qədim paytaxtı Mədain haqda qəsidəsini də burada qələmə almışdır. O, həmin əsərdə göstərir ki, zərdüştilərin Mədaini də gələcək nəsillər üçün müsəlmanların Məkkəsi qədər böyük əhəmiyyət daşıyır. Özünün Bağdaddan Məkkəyə getməsini isə şair "Xəvassi-Məkkə' adlı şe'rində təsvir edir. Məkkədən də Mədinəyə gedir. Burada Məhəmməd peyğəmbərin və ilk iki xəlifənin qəbirlərini ziyarət edir. həmin ziyarətgahlar üzərində o, tövbə edir ki, şəraba yaxın getməyəcək, öz emosiyalarını və tamahını üstələyəcəkdir. Xaqani Mədinədən Mosula yollanır. Orada şairi Cəmaləddin Məhəmməd qəbul edir. Xaqani öz əsərlərində dəfələrlə onu xatırlayır.

     Ziyarətdən Şamaxıya qayıdan Xaqani saraydan uzaqlaşır və bu hərəkətini müqəddəs yerlərdə şəraba tövbə etməsilə əlaqələndirir.

     Şair indi sarayda yalnız təntənəli görüşlər və rəsmi qəbullar zamanı görsənir. O həmçinin saray qaydalarına tənqidi yanaşan şe'rlər də yazır. Xaqani başa düşür ki, bu odla çox oynamaq təhlükəlidir və 1157/8-çi ilin sonunda Dərbəndə köçür. Şairin yaradıcılığına yaxşı bələd olan Dərbənd ziyalıları və şəhər hakimi Seyfəddin Arslan Müzəffər onu böyük sevgi ilə qarşılayırlar. Seyfəddin sənətkara ev bağışlayır. Xaqani Dərbənddə özünə çoxlu dostlar tapır. O, şəhərin mədəni həyatı ilə, əski şəhər və onun ətrafları ilə tanış olur. Seyfəddinə qəsidə həsr edir.

     Xaqaninin Dərbənddə nə qədər yaşadıqı mə'lum deyil. Orası bəllidir ki, 1159-çu ildə o, artıq Gəncədə idi. Şirvanşah Mənuçöhr ona məktubyazaraq, Şamaxıya qayıtmasını tələb edirdi: "Şirvanda siyasi vəziyyət çox ağırdır. Sənin tə'cili olaraq buraya gəlməyin həddindən artıq vacibdir." həmin məktubda Mənuçöhr ona iki görkəmli şairin ölümü barədə də mə'lumat verir. Bunlardan biri Əbül-Əla idi. Şair qayıda bilmir, o, dörd ay ağır xəstə yatır. Yalnız Gəncədə məşhur həkim və şairin dostu olan Şəmsəddin həkimin sə'yləri onu xilas edir. Gəncədə Xaqanini hələ Şirvandan tanıdığı dostu və məsləkdaşı Şirvanşah tərəfindən buraya sürgün olunmuş Arran və Şirvan sufilərinin başçısı, məşhur filosof imam Nəsirəddin Bakuvi də qəbul edir.

     Gəncədən Şamaxıya qayıdan Xaqani Bərdəyə baş çəkir. Görünür, o, buraya sürgün edilmiş əmisi oğlu Vəhidəddin Osmana dəyməyə gəlmişdir. Mənuçöhr onların hər ikisini əfv edir və onlara qiymətli hədiyyələr göndərir. Onlar Şamaxıya bir yerdə qayıdırlar. Şamaxıya dönərkən (bəlkə də sonralar) 1159-cu ildə o, Kür üstündəki Bakilanidə su bəndinin açılışında iştirak edir.

     Buradakı bənd 1138-çi ildə daşqın nəticəsində uçulmuşdu və Xaqani ilə Fələkinin mədhiyyələrində yazıldığı kimi, şirvanşah onun bərpası üçün çox iş görmüşdü. Şair bura çatan kimi Mənuçöhr tərəfindən qəbul olunur. Səhərisi gün yenidən şirvanşahın yanına də'vət edilir. Bu görüşdən əvvəl şair düçar olduğu bəlalara görə, öz böyük hamisini gizli şəkildə günahlandıran şe'rini yazmağa vaxt tapır. Qafar Kəndli-herisçinin fikrincə, təxminən həmin vaxtda şirvanşahın oğlu Fəriburz və qızı Alçiçək rəhmətə gedirlər. Xaqani bu hadisələrə mərsiyələr və poema həsr edir.

     Şair 1159-cu ildə Mənuçöhrlə birlikdə Şamaxıya qayıdır. 1160 -cı ildə şirvanşahın elçisi kimi Xoya, 1163/64-cü ildə isə həmədana səfər edir.

     Şamaxıda şirvanşah əleyhinə sui-qəsd hazırlanmışdı. Qəsdçilərin planına görə, 60-a yaxın saray xadimi öldürülməli idi. Bunların siyahısında Xaqani və Nəsirəddin Bakuvi də vardı. Bundan xəbər tutan Xaqani Qarabağa qaçır. Qəsdin üstü açılır, təşkilatçılar e'dam olunurlar və artıq bundan sonra Xaqani Şirvana qayıda bilir. Şair fəal ictimai-siyasi həyat keçirir, Azərbaycanı qarış-qarış gəzib-dolaşır. O, yenidən Xorasana getməyə can atır, əvəzində isə Şabran qala-sındakı dövlət həbsxanasına düşür. O, burada həbsxana təəssüratlarını yazır ki, mütəxəssislər şairin bu şe'rlərini onun maraqlı əsərlərindən sayırlar. həbsxa-nadan çıxdıqdan sonra Xaqani ikinci dəfə Həccə ketmək qərarına gəlir. Atabəy Şəms əd-Din İl-Dəniz Əxsitanı döyüşdə məğlub etdikdən sonra şirvanşah Şamaxıdan Bakıya qaçır və əl-qolu açılmış Xaqani də yenidən Məkkəyə yollanır.

     Dostları və yaxınları şairi buraxmaq istəmirlər, Xaqani özü də narahatçılıq keçirir. Görünür, hamı nəsə olacağından ehtiyat edirdi. Qohumları, dostları və qulluqçuları da onunla gedirdilər. Şairi müşayiət edənlər arasında onun şagirdi, sonradan böyük Azərbaycan şairi kimi şöhrət qazanmış Mücirəddin Beyləqani də vardı. 1176-cı ildə Xaqani Bağdada gəlir. Təzə xəlifə əl-Müstədi onu əl-Müqtəfidən də təntənəli qarşılayır. Şair buradan Məkkəyə, ordan da Mədinəyə gedir. Burada o yenə Məhəmməd peyğəmbərin qəbrini ziyarət edir və yenə zə'fəranla "tövbə" yazıb xalq arasında mövcud olan ən'ənəyə görə, həmin yazını peyğəmbərin qəbri qarşısında torpağa basdırır.

     Bağdad yolunda onu tutub qarət edir və hətta bir neçə gün nestorianlığı qəbul etdirmək məqsədilə saxlayırlar. Xaqani Bağdaddan yolda itirdiyi on dəvənin əvəzində ona bir dəvə yollaması üçün Əmir Saleh Əsədəddinə müraciət edir. Əmir Saleh yubanmadan şairə on dəvə göndərir.

     Bağdadda olarkən o, bu şəhərə və orada keçirdiyi günlərə şe'rlər həsr edir, cümə günləri məscidlərdə dualar oxuyur, namaz qılır. Bağdad alimləri ona "Də-biri-ərəb" ləqəbi verirlər. Şair məşhur "Nizamiyyə" mədrəsəsində də olur.

     Bağdadda bir həftəyə yaxın qalan şair qonşu ölkə və vilayətlərin hakimlərindən bir çox də'vətlər alır. 1177-ci ildə Xaqani Diyarbəkrdən keçərək Təbrizə gəlir. Bu vaxt Təbriz artıq Azərbaycan Atabəylər dövlətinin paytaxt şəhəri idi. Xaqani yolda olarkən eşidir ki, şirvanşah Əxsitanın sevimli oğlu ölüb. Xaqani onun tərbiyəçisi olmuşdu. Şair Əxsitana başsağlığı göndərir.

     Şair ömrünün 24 ilini Təbrizdə müallimlik edərək, kitabxanalarda elmi axtarışlar aparmaqla keçirir. Bu dövrdə şair sufizmə daha tez-tez müraciət edir və çoxlu səfərlərə çıxır, sufi alimlərlə tanış olur, müqəddəs yerləri ziyarət edir. Əxsitan onun yanına Şamaxıya qayıtmaq xahişi ilə elçilər göndərir. Gürcü çarı III Georki də eyni xahişlə ona müraciət edir. Tiflisdən, Georkinin sarayında yüksək vəzifə tutan dostu İzzəddin də ona məktub yazır. Ancaq şair dediyindən dönmür. O, Şirvanı çox sevir və ona qulluq eləməyə hazırdır, ancaq bir daha oraya qayıtmayacaq.

     Xaqaninin Təbrizdəki evi bir növ, Şirvan səfirliyinə çevrilir. Burada həmişə Şirvandan rəsmi və qeyri-rəsmi qonaqlar olurdu. Xaqani Əxsitanın sifarişlərini yerinə yetirir, onunla yazışır, ona şe'rlər qoşurdu. Şairin yazdığına görə, o, ildə qonaqlarına 3-4 min dinar pul xərcləyirdi. Məktublarından görünür ki, həmin xərcləri şarvanşah çəkirdi. Əxsitanın xalası, Mənuçöhrün bacısı İsmətəddin 1177-ci ilin sonunda Məkkəyə gedərkən üç ay Təbrizdə qalır. Bu hadisə ilə bağlı qəsidədə Xaqani yazır ki, bu vaxta qədər o, yalnız İxlat hakiminin arvadının uzaqdan-uzağa Məkkəni ziyarət etdiyini eşitmişdi.

     Təbrizdə Xaqani Seyfəddin Bəydəmirlə yaxınlaşır. Bəydəmir bir məmlük olaraq, öz ağlı və tükənməz enerjisi ilə atabəy Qızıl Arslanın qulluğunda yüksək vəzifələr tuta bilmişdi. Onun zəngin kitabxanası vardı və o, alimləri, şairləri hər cür himayə edirdi. Şair Azərbaycanı, İraqı və Anadolunun mədəni mərkəzlərini gəzir, iki dəfə İsfahanda olur. Bütün ömrü boyu can atdığı Xorasana getmək isə ona nəsib olmur. Bu dəfə də yalnız Reyə qədər gələ bilir, sonra xəstələnir və Təbrizə qayıtmağa məcbur olur. Geri qayıdarkən Zəncanda böyük Azərbaycan filosofu Eynüddövlə həkim əl-Zəncani onu böyük səmimiyyət və qonaqpərvərliklə qəbul edir. Təbrizə çatandan sonra Xaqani Eynüddövləyə minnətdarlıq məktubu və hədiyyə olaraq bir qara atla ağ sarıqlı qara paltar göndərir. 197/98~ci ildə Əxsitan ölür və Xaqani onun ölümünə mərsiyə yazır.

     Xaqani özü isə 1199-cu ildə Təbrizdə rəhmətə gedir və şəhərin yaxınlığında Surxab adlanan yerdə sonradan "şairlər qəbristanlığı" ("məqbərətüşşüəra") adı ilə məşhurlaşan qəbristanlıqda dəfn olunur. Hələ sağlığında İran və Azərbaycan poeziyasının klassikinə çevrilmiş Şəhriyarın ölümündən sonra 1981-ci ildə burada nəhəng bir muzey-məqbərə tikilmişdir. hal-hazırda orada Şəhriyarın adı ilə yanaşı Xaqaninin və bir çox başqa şair və mütəfəkkirlərin adlarına rast gəlmək mümkündür.

     Orta əsr təzkirəçilərinin göstərdiklərinə görə, Xaqaninin ölümünə dahi Nizami də mərsiyə yazıb. O, burada böyük üzüntü ilə bildirir ki, həmişə öz ölümünə Xaqaninin mərsiyə yazmasını arzulayıb, ancaq tale elə gətirib ki, o, Xaqaninin ölümünə mərsiyə yazmalı olub:
     Hey deyirdim ki, Xaqani mənim mərsiyaçim olsun,
     Heyhat, indi mən Xaqaninin mərsiyiçisi oldum!