Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XIV - XV əsrlər
RAMAZAN İBN ŞEYX ƏLİ LƏNKƏRANİ

     Məşhur alim - həkim Ramazan ibn Şeyx Əli Lənkərani öz dövrünə görə orijinal tibbi görüşləri əks etdirən "Fərruxnamə Camali" adlı risalənin müəllifidir.

     Lənkarani haqqında bioqrafik mə'lumatlar saxlanmamışdır. Bircə o mə'lumdur ki, Ramazan Lənkərani Lənkəranda tanınmış ilahiyyatçı ailəsində doğulub. Onun "Fərruxnamə Camali" adlı tibb risaləsi İ. K. Əfəndiyev tərəfindən təhlil edilmişdir. Bu əsər 1409-cu ildə ərəb dilində yazılıb. 1594-cü ildə tanınmış lənkəranlı həkim Məhub Əli ibn Əhmədi Lənkərkərani həmyerlisinin həmin əsərini fars dilinə tərcümə etmişdir. Tərcüməçilik fəaliyyəti ilə məşhur olan Əli Nəqi adlı bir şəxs əsərin əlyazmasını saxlamışdır. "Fərruxnamə Camali" əsərində başlıca olaraq, təbabət təcrübəsində istifadə olunan üsullar, üzvi və qeyri-üzvi maddələrin orqanizmə tə'siri haqda danışılır, diaqnostika üzrə qısa məsləhətlər verilir. Əfəndiyevin qeyd etdiyi kimi, birinci fəsildə Ramazan Şeyx Əli Lənkərani süd, ilik, mə'də, qara ciyər və böyrəyin mualicəvi tə'sirindən danışır, bədən üzvlərinin terapiyasından bəhs edir. Özü də bu zaman o, müxtəlif heyvan və quşların ayrı-ayrı orqanlarının müalicəvi tə'sirini fərqləndirir. İkinci fəsildə bitkilərdən düzəldilən dərmanlar sadalanır. Burada müəllifin yeniliyi yabanı bitkilərin özlərindən daha artıq onların köklərindən dəmlənmiş mayelərə üstünlük verməsidir. Üçüncü fəsildə xalq təbabətində mühüm yer tutan mineral müalicə vasitələrinin icmalı verilir.Tərcüməçi və şərh ustası kimi bu əsərdən nəticə çıxaran Məhub Əli ibn Əhməd Lənkərkarani sonradan təbabətə dair ədəbiyyatda "Azərbaycan palçığı" adlandırılan auripiqmentdən ilk dəfə bədəndəki tükləri çıxarmaqdan ötrü istifadə edir. O, həmçinin çoxdan yaddan çıxmış Azərbaycan sabununu—gilabini də yenidən məişətə qaytarır. Bunlar uzun zaman xaricə ixrac olunmuş və ticarətdə böyük səmərə vermişdir. Qeyd etmək lazımdır ki, auripiqment hələ Atropatena dövründən mə'lum olsa da müstəsna olaraq, dəri-zöhrəvi xəstəliklər sahəsində istifadə olunurdu, gilabi isə təbii sabun sayılaraq, gigiyenik əhəmiyyət daşıyırdı."