|
XIX əsrin ikinci yarısında Qarabağın mərkəz şəhəri Şuşa nəhəng bir mədəni yüksəliş dövrü keçirir. Burada çoxsaylı mədrəsə və müxtəlif növlü məktəblər fəaliyyət göstərir. Ondan artıq ədəbi və musiqi cəmiyyəti yaranıb intişar tapır. Mədəniyyət və elm inkişaf edir. Ən böyük yüksəliş bu dövrdə musiqi sənətində müşahidə olunur. Şuşa bütün Qafqazın musiqi akademiyasına çevrilir. Burada yeni-yeni melodiyalar yaranır və Şərqin hərtərəfinə yayılır. Buradan onlarla görkəmli müğənni və musiqi xadimi çıxır.
Şuşanın iste'dadlar kəhkəşanında tarzən, bəstəkar və yeni tarın yaradıcısı Sadıqcan xüsusi yer tutur. Uşaq vaxtı incə musiqi duyumuna və həzin səsə malik Sadıqcan gənc yaşlarında səsini itirdikdən sonra bütün qabiliyyətini ifaçılıq fəaliyyətinə yönəldir. Tar çalmaq sahəsində ən yüksək kamillik zirvəsinə çatan Sadıqcan bununla da kifayətlənmir, tarı təkmilləşdirərək, onun əsasında, yeni bir tar yaradır. Azərbaycanda ən sevimli musiqi aləti olan tarda ifa manerasını dəyişən Sadıqcan bu alətin və ümumiyyətlə, Azərbaycan muğamlarını klassik tərzdə ifa edənlərin imkanlarını xeyli genişləndirir. Sadıqcan həm də görkəmli bəstəkar və improvizator sənətkar kimi şöhrət qazanır.
Sadıqcan irsinin təhlili və Mirzə Sadıqın tara gətirdiyi yeniliklər məşhur musiqişünas professor Əfrasiyab Bədəlbəyli tərəfindən incəliklərinə qədər araşdırılıb. Sadıqcanın həyatı barədə aşağıda gətirdiyimiz materiallar isə klassik Azərbaycan musiqisində mühüm yer tutan peşəkar xanəndə və ifaçılarımızın yorulmaz tədqiqatçısı Firidun bəy Şuşalı tərəfindən toplanmışdır.
Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində kasıb bir ailədə anadan olub. Bütün şuşalılar kimi Sadıqda kiçik yaşlarından əz kücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. İş burasındadır ki, məhərrəmlik tə'ziyələri zamanı teatrlaşdırılmış şəbih tamaşalarında iştirak etmək və mərsiyələr oxumaq savab sayıldıqından evlərinə tanınmış mərsiyəxan və xanəndələr də'vət eləyə bilməyən kasıb ailələrdə öz övladlarını uşaq yaşlarından oxumağa öyrədirdilər. hətta bundan ötrü Şuşada məxsusi musiqi məclisləri və məktəblər də vardı. Demək olar ki, bütün tanınmış xanəndə və musiqiçilər də şagird kötürüb öyrədirdilər. Həmin məclis və məktəblərdən çıxmış mə'zunların bir çoxu sonralar bütün Şərqdə məşhurlaşmış, toylarda, konsertlərdə, el şənliklərində hörmət qazanmışdılar.
O vaxt Şuşada seçilib-sayılan müəllimlərdən biri də Xarrat Qulu Məhəmməd oğlu idi. O, Şərq musiqisini gözəl bilirdi, yaxşı yaddaşa malik idi, şe'r yazır, musiqi bəstələyirdi, vokal sənətinin tədrisi üçün özünəməxsus effektli bir metodika yaratmışdı. Mirzə Sadıqı da Xarrat Quluya şagird verirlər. On səkkiz yaşında səsini itirsə də, ustasının yanında qazandığı biliklər Mirzə Sadıqın gələcək fəaliyyətində müstəsna rol oynayır. Bundan sonra o, tütək, ney, kamança və tar çalmağı öyrənir. Bunların hamısında öz kücünü sınayandan son-ra tarın üzərində dayanır. Körkəmli Şuşa tarzəni Mirzə Əli Əskərin rəhbərliyi altında bu alətdə çalqının bütün incəliklərinə yiyələnir. Firidun bəyin yazdığına görə, "İri əlləri, uzun və güclü barmaqları olan Sadıq tez bir zaman-da bu sənəti tamam-kamal mənimsəyir və hətta ustalıqda müəllimini də keçir." Bə'zən Sadıq çalanda Əskər ah çəkib deyərmiş: "Allahın altında mənim var-dövlətim Sadıqda, onun barmaqları məndə olaydı. "
Deyirlər ki, əvvəlcə Mirzə Sadıq Mirzə Əli Əskərin ansamblında ikinci rolda olan kamança çalır. Lakin bir dəfə müəllimi xəstələnir və Sadıq tarda çalıb, öz fenomenal bacarıqını nümayiş etdirmək imkanı tapır. Bu uqurdan ruhlanan Sadıq bundan sonra özünü bütövlükdə tara həsr edir və öz ustalıqını ket-kedə daha da artırır. Onun ifaçılıq tsxnikası bütün imkanların hüdudla-rını aşırdı.
Mirzə Sadıq Şuşadakı məşhur ədəbi və musiqili məclislərin işində fəal iştirak edir. Onun məşhur musiqişünas Mir Möhsün Nəvvabın yaratdıqı "Məclisi-Fəramuşan" və "Məclisi-xanəndə'nin, habelə Xurşid Banu Natəvanın məclislərinin yıqıncaqlarına daha tez-tez gəldiyi söylənilir. həmin yıqnaqlarda müğənni və musiqiçilər sınaqdan keçirilir, musiqi nəzəriyyəsinə dair problemlər müzakirə olunur, poetik əsərlərin ilk oxunuşları keçirilir, müsabiqə və yarışlar olurdu. Mirzə Sadıqın adı artıq qonşu ölkələrə də yayılırdı. Onu xalq arasında Sadıqcan çağırırdılar. Belə bir şərəf Mirzə Sadıqdan başqa bir də məşhur müqənni Əbdülbaqi Zülalova müyəssər olmuşdur. Belə ki, onu da Bülbülcan çağırmışlar.
Mirzə Sadıq əvvəlcə kamançaçalan Ata Bağdagül oğlu ilə birlikdə Şərqin böyük müğənnisi Hacı Hüsünü müşaiyət edir, sonra isə Şuşalı dikər bir tanınmış xanəndə Məşədi İsinin üçlüyünə keçir. 1880-ci ildə onu üçlüyün tərkibində İrana—Təbrizə, Nəsrəddin şahın oğlu Müzəffərəddin Qacar Mirzənin toy məclisinə də'vət edirlər. Toyda çox sənətkarlar çalıb-oxuyur. Lakin Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq, fəxri "Şiri-Xurşid" ordeni ilə təltif olunurlar. Təbrizdə ikən bir.məşhur tarzən Sadıqcanı yarışa çağırır. Sadıq bir şərtlə razı olur ki, tarın qolundakı bütün göstəriciləri kəssinlər. Bunu körən rəqibi yarışdan imtina edir və onun sehrli barmaq-larından öpür.
Bakıdakı musiqi məclisinin rəhbəri Məşədi Məlik Mansurovun oğlu, tanınmış tarzən Məşədi Süleyman Mansurov öz xatirələrində yazır: "Mirzə Sadıq o dövrün ən məşhur tarzəni idi. Onun mö'cüzəvi çalğısı insanları ahənrüba kimi özünə cəlb edirdi. Təcrübəli virtuoz çox vaxt mizrabsız çalır, tarı çənəsinə sıxırdı. Sol əlinə ağırlıq düşməsin deyə, o tarı mümkün qədər yuxarı qaldırırdı. Bə'zən də coşaraq, tarı boynunun ardına qoyub çalırdı. Onun çalqısının səsinə quşlar də gəlirdi. Bakılı musiqi həvəskarı Əbdülhəmid Babayevin xatirələrində isə oxuyuruq: "Mən Sadıqcanı ilk dəfə 1897-ci ildə bizim Bakı qalasında gördüm. Bütün Qafqazda belə gözəl bir tarzən yox idi. Sadıq özü də gözəl görkəmli bir kişi idi: hündürboy, enlikürək. Möhkəm bədəni vardı. Məclislərdə özünü təmkinli və nəcib aparırdı. Adamlar da ona çox böyük hörmət bəsləyirdilər. Onun sol əli o qədər güclü idi ki, Sadıqcan çox vaxt mizrabsız çalırdı." Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı çalır, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, bu ölkələrdəki musiqi məclislərində iştirak edirdi. Bir dəfə onu xanəndə Hacı Hüsünün üçlüyü ilə birlikdə Şamaxıya, Mahmud ağanın burada fəaliyyət göstərən məclisinə də'vət etmişdilər. Qonaqlar məclis üzvləri və şəhər ziyalıları tərəfindən böyük bir təntənə ilə qarşılandılar. Ancaq müəyyən səbəblər ucbatından Mirzə Sadıq tezliklə Şuşaya qayıtmalı olur. Həmin səbəblər böyük şairimiz Seyid Əzim Şirvaninin bir şe'rində açıqlanır. Şe'rdən o da mə'lum olur ki, Seyid Əzim Mirzə Sadıqla yaxından tanış olmuş və onun ustalığını yüksək qiymətləndirmişdir.
Sadıqcan nisbətən qısa bir müddətdə bütün Qafqazın birinci tarzəni olur. "Kafkazskoye obozreniye' qəzetinin yazdığına körə, "Onun çalğısı səlis, artis-tik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə küclüdür. Əkər Tiflisdə-ki bəstəkarlar onun burada olmasından istifadə edib, Sadıqdan şərq motivlərini mənimsəsə idilər, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi."
Mirzə Sadıq artıq özünün tarzənlik bacarıqının ən yüksək zirvəsində olduğunu anlayaraq cidd-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalqı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni, alim Sadıq adlandırmamışdılar! Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verdi. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. 0, özünün virtuoz bacarıqından istifadə edərək, ilk dəfə tarı sinəsinə qaldırdı. Mirzə Sadıq həmçinin tarın simlərini çoxaldaraq, onların yerləşməsini dəyişdi. Bundan başqa o, həm də tarın çanaq quruluşunu dəyişərək, onun möhkəmliyini artırmaqla alətin ümumi çəkisini azaltmış oldu. Sadıqcanın rekonstruksiyasına qədər tarın 5 simi vardı. 0, simlərin sa-yını on birə çatdırdı, artıq tonları götürüb, tarda cəmisi 17 ton saxladı. Musiqiçilər bundan sonra yeniləşmiş tarı "mö'cüzə', Sadıqcanı isə "tarın atası" adlandırmağa başladılar. Sənətkarın gətirdiyi yeniliklər tar ifaçılığı mədəniyyətini daha yüksək səviyyəyə qaldırdı, onun səslənməsini daha şirin və narlaq etdi.
Dahi türk musiqişünası Rauf Yekta bəy yazırdı: "Sadıqın musiqi şöhrəti bütün Qafqaza yayılmışdır. Böyük tarzən beşsimli tara altısını da əlavə etməklə onu zənginləşdirmişdir." Rauf Yekta bəy Sadıqcanı Qafqazın ən görkəmli musiqi xadimi hesab edirdi. Dahi sənətkar tarın yeniləşmə zərurətinin çoxdan yetişdiyini vaxtında anladığı üçün onun tarı çox qısa bir müddətdə "İran tarı" adlandırılan köhnə tarı bütün Qafqazda və Orta Asiyada sıxışdırıb sıradan çıxarır.
Mirzə Sadıq həm də iste'dadlı bir bəstəkar idi. 0, Orta Segah və Bayatı Şiraz muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muqamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynamışdır. Mirzə Sadıq həm də 1897-ci ildə Şuşada dini "şəbeh" üslubunda musiqili "Leyli və Məcnun" tamaşasının qoyulmasında yaxından iştirak etmişdir. Sonralar Üzeyir hacıbəyovun da yazdığı kimi, həmin tamaşa da, "şəbsh"lər kimi dünyada bənzəri olmayan Azərbaycan muğam operasının yaranmasında əhəmiyyəti olmuşdur. Elə buradaca qeyd olunmalıdır ki, XVII-XVIII əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahları xan saraylarında belə tamaşaları gördükdən sonra onların öz kompozisiya və quruluşu e'tibarilə Avropa operalarına bənzədiyini göstərmişdilər.
Sadıqcanın ansamblı. 1878-ci il. Tiflis.
Sadıqcan 1901-çi ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə tarda "Mahur" muqamını tək, solo ifa edir. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişir.
Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Əfrasiyab Bədəlbəyli yazır: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq, Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, tə'sir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açmışdır."
Son olaraq onu da qeyd edək ki, Ü. hacıbəyov tarın köklənməsində əsaslı dəyişikliklər etmiş, onu Avropa. not sistsminə uyğunlaşdırmışdır. Bununla da müasir tar Sadıqcan tarından fərqlənir.
|