|
Xəzər dənizinin qərb sahillərində yerləşən və Qafqaz dağlarından başlanıb İrandakı Səfid-rud çayına qədər uzanan geniş ərazilər ən qədim zamanlardan qonşu ölkələrin xalqından özünəməxsus adət-ən’ənələri, mə’nəviyyatı və mədəniyyəti ilə fərqlənən qohum xalq və tayfalar tərəfindən məskunlaşmışdır. Hələ 2300 il bundan əvvəl Kiçik Midiya hakimi Aderbad ( yunanca Atropat ) bu ərazidə onun şərəfinə Aderbadaqan ( Atropatena ) adlandırılan nəhəng bir müstəqil dövlət yaratmışdır. VII-IX əsrlərdə buraya ərəblərin gəlişi ilə Xilafətin bu vilayəti ərəb dilinə uyğunlaşdırılaraq, Azərbaycan adlandırılmış və o zamandan da bu adını saxlamışdır.
Azərbaycan bərəkətli diyardır. Özünün zəngin təbii sərvətləri və sərfəli coğrafi mövqeyi ilə seçilən, sayılan bir ölkə! Şumer, yunan, Roma, İran, türk, hind, çin və digər sivilizasiyaları təsil eləyən ölkələri qovuşduqdan yollar ayrıcında yerləşən Azərbaycan qədim dövrlərdən istehsalın yüksək inkişaf səviyyəsi və bəşəriyyət tarixində silinməz izlər buraxan özünəməxsus mədəniyyəti il ətanınmışdır. Dünyanın ən məşur muzeylərini qədim dövrlərdə Azərbaycan əraisindəhazırlanmış bədii metal işləmələri, miniatürlər, kitab əlyazmaları, xalça və parça nümunələri bəzəyir. Lakin qədim tarix öz qoynunda bizə o dövrdə yaşamış çox az sayda görkəmli soydaşlarımız haqda soraqlar saxlamışdır.
Azərbaycan xalqı İslamı qəbul eləyənə qədər az qala bəşəriyyətin yaratdıqı bütün böyük dinlərdən keçmişdir. Azərbaycan zərdüştliyin və orta əsr müsəlman alimlərinin də yazdığı kimi, bu dinin yaradıcısı Zərbdüştün Vətənidir.O, həmçinin ərazisində xristianlıq və iudaizmin qədul olunduğu ilk ölkələrdən biridir. Həmin dinlərin izləri hələ də ölkənin şimalında qalmaqdadır. Azərbaycan ərazisində hələ ən qədim çaqlardan dövlətçilik mövcud olmuşdur. Manna, Aderdabaqan, Albaniya, Şirvan, Aqqoyunlu və Qaraqoyunlu, Sfəvilər kimi dövlətlər yaranılmış və inkişaf etmişdir. AssuriyaÖ, urartu, Makedoniya, Ərəb xilafəti, səlcuq və türk-monqol istilaçıları burada dövlət quruluşları yaratmışlar. Və bütün bunlar da Azərbaycan xalqının etnogenizində, mədəniyyət və incəsənətində bütöv bir dühallar və görkəmli şəxsiyyətlər pleyadasının meydana çıxması üçün iqtisadi, hüquqi və mədəni zəmin yaratmışdı.
Onlar Gəncədə, Şamaxıda, Bərdədə, Təbrizdə, Naxçıvanda, Ərdəbildə və Azərbaycanın dicər şəhərlərində yaşayıb - yaratmışlar. Bu məmləkətdə çoxlu məktəb və mədrəsələr tikilmiş, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərmiş, “Sərhət evləri” - özünəməxsus klinin mərkəzlər işləmiş, rəsədxanalar, kağız istehsalı, kitabların üzünün k.çürülməsi və bədii tərtibatı ilə məşqul olan e’malatxanalar qurulmuşdur. Saraylarda ölkənin ən yaxşı şair, bəstəkar, ifaçı və müğənnilərini öz ətrafında birləşdirən musiqi və şe’r məclisləri fəaliyyət cöstərmişdir.
Çincz Qacarın “Qədim və orta əsrlər Azərbaycanın cörkəmli oğulları” kitabı İran almi Məmmədəli Tərbiyətin icmal səciyyəli “Daneşməndane Azərbaycan” ( “Azərbaycanın cörkəmli adamları” ) əsərindən fərqli olaraq, oxuculara bu və ya digər şəxsiyyətin yaşadığı dövrün ovqatını duymaqa, onların həyat və fəaliyyəti tarixcəsindən konkret faktları öyrənməyə imkan verir. Materialın ifadə tərzi, üslubu, müəllifin təsvir olunanheç bir şəxsiyyətlə mə’nəvi bağlılıqının duyulması da kitabın mənimsənilməsi uçun səmərəli zəmin yaradır.
Alim, ilahiyyyatçı, filosof, ədib, dilçi, şair, rəssam, xəttat, tətbiqi sənət ustaları, münəccim, mühəndis, memar, şaxmatçı, ifaçı, musiqişunas, bəstəkar, dövlət xadimiləri və sərkərdələrin xronoloji ardıcılıqla verilmiş tərcümeyi-halları oxuculara qədim zamanlardan XIX əsrin başlancına qədər Azərbaycanda dövlətçiliyin, mədəniyyətin, incəsənətin tarixi inkişaf mənzərəsi barədəhərtərəfli təsəvvür əldə etməyə imkan verir.
|